"Real Madrid" finalda "Paçuka"nı məğlub edərək Qitələrarası Kubokun qalibi olub
Real Madrid və Meksikalı Paçuka komandalarının qarşılaşdığı Qitələrarası Kubok 2024-ün final oyunu başa çatıb.
Komandalar Lusail İkonik Stadionunda (Lusail, Qətər) qarşılaşıblar. Qarşılaşmanı venesuelalı Xesus Valenzuelanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Real” kuboka sahib çıxıb.
38-ci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe Vinisius Juniorun ötürməsindən fərqlənib. "Real Madrid"in hücumçusu Rodriqo 53-cü dəqiqədə fərqlənib. Ona Mbappe kömək edib. Vinisius 84-cü dəqiqədə penaltidən fərqlənib.
Bu yarışın 1/4 final mərhələsində Meksika klubu Braziliyanın "Botafoqo" klubunu 3:0 hesabı ilə məğlub edib. Yarımfinalda “Paçuka” Misirin “Əl-Əhli”sindən güclü olub (0:0, 6:5 penaltilər). “Real” turnirdəki səyahətinə elə finaldan başlayıb.
Qitələrarası Kubok FİFA tərəfindən 6 konfederasiyanın hər birinin klub yarışlarının qalibləri ilə ev sahibi ölkənin çempionu arasında keçirilən turnirdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.