Üzgüçümüz Yeqor Mayintskiy Abu-Dabidə 7 medal qazanıb
14-16 dekabr günlərində BƏƏ-nin paytaxtı Abu-Dabidə üzgüçülük üzrə keçirilən beynəlxalq turnir keçirilib. Üç gün davam edən bu turnir Azərbaycan təmsilçisi Yeqor Mayintskiy üçün uğurlu olub. Belə ki, idmançımız turnirdə dördü qızıl, ikisi gümüş və biri bürünc əyarlı olmaqla üst-üstə 7 medal qazanıb və bununla da o, turnirin ən yaxşısı adına layiq görülüb.
Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, 50, 100 və 200 m məsafəyə brass, eləcə də 200 m məsafəyə qarşıq üsulla uzməkdə qızıl medal qazanan Mayıntskiy 50 və 400 m məsafəyə qarşıq üsulla ikinci yeri tutmaqla gümüş, 50 m məsafəyə kəpənək üsulu ilə uzməkdə isə üçüncü olmaqla bürünc medal əldə edib.
Yeri gəlmişkən, dekabrın 28-də isə Su İdmanı Sarayında üzgüçülük üzrə uşaqlar arasında "Parlaq Ulduz" Uşaq Liqasının 3-cu təsnifat mərhələsinə start veriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.