ABL-da 7-ci tura start verilib
Dekabrın 17-də kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) sayca yeddinci olan növbəti tura start verilib. Turun ilk günü üç oyun keçirilib. Turun ilk oyunu Sumqayıtdaki Olimpiya İdman Kompleksində yerli "Sumqayıt"la "Lənkəran" arasında baş tutub. Qarşılaşma ev sahibinin qələbəsi ilə bitib - 108:99 (29:21, 23:30, 23:25, 26:25).
Matcin ən yaxşı oyunçusu adına 38 xalla Cavon Daniels ("Sumqayıt") olub.
Bunun ardından "Sərhədçi" İdman Mərkəzində NTD - "Naxçıvan" oyunu baş tutub. Oyun qonaq komandanın qələbəsi ilə başa çatıb - 77:95 (18:24, 21:23, 21:22, 17:26). Bu oyunda isə ən yaxşı oyunçusu adına 28 xal və 11 podborla fərqlənən Cermeyn Marroy ("Naxçıvan") layiq görülüb.
Günə "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" - "Neftçi" oyunu ilə yekun vurulub. Görüş ikincinin qələbəsi ilə bitib - 66:71 (23:18, 14:19, 17:12, 12:22).
Dekabrın 18-də isə turun daha 3 oyunu keçiriləcək və bununla da tura yekun vurulacaq.
Təqvimə əsasən aşağıdakı oyunlar keçiriləcək:
"Quba"-"Gəncə" (Quba OİK, saat 14:00);
"Ordu"-"Şəki" ("Sərhədçi" İdman Mərkəzi, saat 15:00);
"Abşeron"-""Sərhədçi" (Xırdalan, Abşeron OİK, saat 18:00).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.