Gənclər və İdman Nazirliyi dövlət qurumlarını mükafatlandırıb
Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qulluqçuları arasında idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda əməkdaşları ən yüksək nəticə göstərən dövlət qurumları mükafatlandırılıb.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Fərid Qayıbov yarışda fəal iştirakına görə bütün dövlət qurumlarına minnətdarlığını bildirib. O, ilk üç yeri tutan təşkilatlara xüsusi kuboklar təqdim edib.
Birinci yeri Fövqəladə Hallar Nazirliyi, ikinci yeri Dövlət Neft Şirkəti, üçüncü yeri isə Daxili İşlər Nazirliyi tutub.
Qeyd edək ki, il ərzində dövlət qurumlarının əməkdaşları mini-futbol, üzgüçülük, bilyard, stolüstü tennis, voleybol, atletika, qayayadırmanma, basketbol, qolf, şahmat, avarçəkmə və s. olmaqla, 19 idman növü üzrə 28 turnirdə mübarizə aparıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.