Kişi voleybolçular üçüncü tura başlayacaqlar
Sabah kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının yüksək Liqasında sayca 3-cü olan növbəti turun oyunları keçiriləxək. Turun oyunları 17-18 dekabr günlərinə təsadüf edəcək. Turun ilk oyunu dekabrın 17-də GİN-nin Voleybol Mərkəzində “Neftçi” komandası ilə MOİK arasında olacaq (saat 15:00).
Ertəsi gün isə turun daha iki oyunu keçiriləcək. FHN-nin idman zalında “Xilasedici” klubu “AZERRAIL”i qəbul edəcək (saat 15:00). Kişilərin birinciliyində 2024-cü ilin son oyunu Sumqayıt OİK-də “Gənclər” və “Murov Az Terminal” komandaları arasında olacaq (saat 16:00).
İlk iki turdan sonra komandaların turnir cədvəlindəki vəziyyəti belədir:
1. “Xilasedici” - 2 oyun, 2 qələbə, 0 məğlubiyyət, 6 xal;
2. “Murov Az Terminal” - 2 oyun, 2 qələbə, 0 məğlubiyyət, 6 xal;
3. “AZERRAIL” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət, 4 xal;
4. Neftçi” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət, 2 xal;
5. MOİK- 2 oyun, 0 qələbə, 2 məğlubiyyət, 0 xal;
6. “Gənclər” - 2 oyun, 0 qələbə, 2 məğlubiyyət, 0 xal;
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.