Fernando Santos DÇ-2026-nın seçmə mərhələsinin püşkatmasının nəticələrini şərh edib
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimi nəticəsində “Milli”nin Fransanın qalibi ilə qarşılaşacağı D qrupunda yer almasını şərh edib.
“Püşkatma artıq keçirilib və heç nə etmək mümkün deyil. İndi ən vacib şey rəqiblərinizi daha yaxşı tanımaqdır. Onun kim olacağı - Fransa və ya Xorvatiya - Millətlər Liqasının pley-off mərhələsindən sonra məlum olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya yığmalarıdır. İndi ən vacibi komandanı bu oyunlara hazırlamaqdır. Mart və iyun aylarında rəsmi oyunlarımızın olmamağı yaxşı haldır. Rəsmi görüşlərə hazırlaşmaq üçün vaxtımız olacaq. Bu müddətdə Millinin sentyabrda başlayacaq seçmə mərhələyə hazır olması üçün yoldaşlıq oyunları keçirəcəyik”, - deyə Santos bildirib.
Qeyd edək ki, Azərbaycan komandası Fransa-Xorvatiya cütünün qalibi ilə yanaşı, rəqibləri Ukrayna və İslandiya olan D qrupunda yer alıb. Qrupda oyunlar 2025-ci ilin sentyabrında başlayacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.