"Mançester Siti" Premyer Liqanın 16-cı turunda uduzub
İngiltərə Premyer Liqasının (APL) 16-cı turunun matçında "Mançester Siti" səfərdə "Mançester Yunayted"ə uduzub.
Şəhərin doğma “Etihad” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 36-cı dəqiqədə Xosep Qvardiolanın yetirmələri açıb, Josko Qvardiol fərqlənib. “Mançester Yunayted” normal vaxtın bitməsinə cəmi iki dəqiqə qalmış hesabı bərabərləşdirə bildi, Bruno Fernandes penaltini dəqiq yerinə yetirdi. 90-cı dəqiqədə Amad Diallo "Yunayted"i hesabda önə keçirib.
Bu məğlubiyyətdən sonra "Mançester Siti" 27 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Yunayted” 5 xal azdır və 12-ci yerdədir.
Növbəti oyunda “Mançester Siti” Premyer Liqada dekabrın 21-də “Aston Villa” ilə qarşılaşacaq. “Mançester Yunayted” ölkə çempionatı çərçivəsində ayın 22-də “Bornmut”u qəbul edəcək, daha əvvəl, dekabrın 19-da isə Liqa Kubokunun 1/4 finalında “Tottenhem”lə mübarizə aparacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.