ABL-da 6-cı tura yekun vurulub
Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) dünən baş tutan daha iki oyunla 6-ci tura yekun vurulub. Turun son günündə "Gəncə" klubu doqma divarlar arasında Lənkəranın eyniadlı klubunu fərqli hesabla üstələyib - 94:66 (28:8, 22:25, 20:17, 26:16).
Günün digər oyunu isə Qubadakı Olimpiya İdman Kompleksində baş tutub. Yerli "Quba" "Şəki"ni qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə bitib - 68:90 (17:25, 21:15, 10:22, 20:18).
Turun əvvəlki günlərdə keçirilən oyunlarında isə nəticələr belə olub:
"Abşeron"- NTD - 89:72, "Naxçıvan"-"Neftçi" - 83:72, "Sərhədçi"-"Sabah" - 64:67, "Ordu"-"Sumqayıt" - 115:81.
Komandaların turnir vəziyyəti:
A qrupunda:
Sabah - 12 xal, Naxçıvan - 11 xal, Abşeron - 9 xal, Sərhədçi - 9 xal, NTD - 7 xal, Neftçi - 6 xal;
B qrupunda:
Gəncə - 11 xal, Şəki - 10 xal, Ordu - 10 xal, Lənkəran - 8 xal, Quba - 8 xal, Sumqayıt - 7 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.