Masallıda Ulu Öndərin anım günü
Dekabrın 12-də səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev masallılar tərəfindən anılıb.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı idarə heyətinin üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, ziyalılar, din xadimləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin adını daşıyan xatirə parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.
Ulu Öndərin vəfatının 21-ci ildönümü ilə bağlı rayonun müxtəlif ərazilərində ağacəkmə aksiyaları, ehsan süfrələri təşkil olunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.