FİP və İCF üzvləri Buenos-Ayresdə bir araya gəliblər
İCF prezidenti Bəhruz Nəbiyev toplantıya virtual qatılıb
Buenos-Ayresdə Beynəlxalq Polo Federasiyasının (FİP) Baş Assambleyası keçirilib. ARAF-dan verilən məlumata görə, toplantıda FİP üzvü olan ölkələrin nümayəndələri ilə yanaşı, Beynəlxalq Çövkən Federasiyasının (İCF) baş katibi Masey Olbrix də qonaq qismində iştirak edib.
İCF prezidenti, həmyerlimiz Bəhruz Nəbiyev isə tədbirə virtual qatılıb və təsirli çıxışı ilə diqqət çəkib. B.Nəbiyev çövkən və polo idman növünün oxşarlığıni qeyd edərək, bu iki yaxın idman növünü dünyada tanıtmaq üçün strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb.
Tədbirdə eyni zamanda İCF baş katibi Masey Olbrix ilə FİP-in baş direktoru Alejandro Toylor arasında görüş olub. Cütlük FİP ilə İCF arasında Dostluq Memorandumunun hazırlanması üçün müzakirələr aparıb. Bu təşəbbüs hər iki qurumun arasında artan əməkdaşlıqın təzahürü kimi qiymətləndirilib.
Xüsusilə, çövkənin beynəlxalq arenada artan nüfuzu vurqulanib və Bakı şəhərində çövkən üzrə dünya çempionatının təşkil edilməsi ideyası böyük maraqla qarşılanıb.
Bu Assambleya polo və çövkən icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı inkişafın təşviqi və hər iki idman növünün dünyada tanınması istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.