"Qarabağ" İsveçdə "Elfsborq"un qonağıdır
Bu gün futbol üzrə UEFA Avropa liqasının əsas mərhələsində sayca 6-ci tura start veriləcək. Sözügedən turnirdə Azərbaycanı təmsil edən ölkə çempionu "Qarabağ" klubu isveçdə yerli "Elfsborq" klubunun qonağı olacaq. Taleyi portuqaliyalı referi Antonio Nobreyə tapşırılan həmin oyun gecə saat 00:00-da İsveçin Buros şəhərindəki "Buros-Arena"da başlayacaq.
Yeri gəlmişkən "Qarabağ" geridə qalan 5 oyundan sonra cəmi 3 xalla 36 komandanın yer aldığı yarış cədvəlində 32-dir. Xatırladaq ki, beş oyunda "Tottenhem"ə (0:3), "Malmö"yə (1:2), "Ayaks"a (0:3) və "Lion"a (1:4) uduzan "Qarabağ" yalnız "Bude-Qlimt"i (2:1) səfərdə üstələyə bilib.
Rəqibə gəlincə, "Elfsborq" 4 xalla 28-ci pillədə yer alıb. Beş oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edən rəqib 3 dəfə məğlub olub. Buraxdığı 11 qola 7 qolla cavab verib.
Beş turdan sonra turnir cədvəlinə 16 xalla "Atletik" liderlik edir. Hərəyə 13 xalı olan "Latsio" və "Ayntraxt F" isə 2-3-cu yerleri bölüşür. Aktivində 11 xalı olan "Qalatasaray" isə dördüncü yerdədir.
Bombardilərin siyahısına 5 qolla Barnabaş Varqa başçılıq edir. Qalatasarayli Yunis Akgün də daxil olmaqla daha 4 nəfər isə 4 qolla 2-5-ci yerləri bölüşür.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.