“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” – Masallıda dəyirmi masa
Masallıda Azərbaycan xalqının ümummilli liderinin anım günü ilə əlaqədar “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.
Dekabrın 11-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ziyalılar və gənclər iştirak ediblər.
İştirakçılar əvvəlcə Mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən eksponat və fotostendlərlə tanış olublar.
Sonra Mərkəzin akt zalında davam edən tədbir öncəsi Ümummilli Liderimizin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Salman Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Sabiq Cahangirov, jurnalist-publisist Akif Ağayev çıxışlarında müasir, müstəqil, qüdrətli Azərbaycan dövlətinin banisi, ən yeni tariximizin müəllifi, gələcəyimizin parlaq mayakı olan böyük siyasət və dövlət xadimi Heydər Əliyevin tarixdə daim qalacağını vurğulayaraq, onun müəyyənləşdirdiyi müdrik siyasətin sadiqliklə davam etdiriləcəyini əminliklə ifadə ediblər.
Azərbaycan gəncliyinin hamisi olmuş Ulu Öndərin gənclər siyasətindən bəhs edən natiqlər bu dahi şəxsiyyətin gənclərə örnək həyat fəlsəfəsindən danışıblar.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.