“Onu zaman seçib” – Masallıda anım tədbiri
Masallıda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Dekabrın 11-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində təşkil olunan anım tədbirində rayon ictimaiyyəti, idarə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri, ziyalı və gənclər iştirak ediblər.
Tədbir öncəsi Ulu Öndərimizin və Azərbaycanın suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Anım tədbirində mədəniyyət mərkəzinin solistləri Atamoğlan Zahid, Şamo İbayev, Ruslan Zahidov, Aysel Nərimanovanın ifasında Ulu Öndərin sevdiyi və ona həsr olunan mahnılar səslənib, kollec tələbələrinin iştirakı ilə “Onu zaman seçib” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.