Masallıda maarifləndirici tədbir keçirilib
Masallı rayonunda erkən nikah, narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə maarifləndirici tədbir keçirilib.
Elşad Əhədov adına Təzə Alvadı kənd tam orta məktəbində təşkil olunan tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon üzrə sektorunun müdiri Elman Rzayev, rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, məktəbin direktoru Möhsüm Süleymanov çıxışlarında narkomaniyanın, erkən nikahın, eləcə də məişət zorakılığına məruzqalma, əmək istismarına təhrik etmə və digər zərərli vərdişlərin fəsadlarından, insan sağlamlığına təsirindən danışıblar.
Natiqlər məktəbliləri insanları məhvə sürükləyən zərərli təsirlərdən uzaq durmağa, onları təhsildə, idmanda uğurlar əldə etməyə, ölkəmizə layiqli vətəndaş olmağa çağırıblar.
Çıxışlarda bu cür neqativ hallara qarşı mübarizədə hər bir vətəndaşın fəallığı, aidiyyəti qurumlarla birgə bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyi gündəmə gətirilib.
Tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı vidoçarx nümayiş olunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.