Qaxda ilk dəfə belə möhtəşəm kitab təqdimatı oldu
Regionlardan gələn şəhid ailələri ilə birlikdə Qax rayon Şəhidlər xiyabanını ziyarət etdik.
İllərdir şəhidlər haqqında yazdığı kitablar və şəhidlərimizin tanıdılması üçün keçirdiyi tədbirlərlə tanıdığımız şairə Esmira Günəş bu dəfə kitab təqdimtını Qax Rayon Heydər Əliyev Mərkəzində edib. Tədbirə Qəbələdən, Şəkidən və Qaxın müxtəlif kəndlərindən şəhid ailələri gəlib. Onlar ilk olaraq şəhid Fərid Mirzəyevin ailəsini ziyarət ediblər. Şairənin Antiterror şəhidləri kitabında yer alan Fərid Mirzəyevin və Sərxan Bilalovun ailə üzvləri gələn qonaqları qarşılayaraq ehsan süfrəsinə qonaq ediblər. Daha sonra birlikdə Qax Şəhidlər Xiyabanına üz tutaraq şəhidlərin məzarları ziyarət olunub. İcra nümayəndəsi Malik müəllim gələn qonaqlara Qax şəhidləri haqqında ətraflı məlumat verib. Ziyarət bitdikdən sonra qonaqlar Heydər Əliyev Mərkəzinə üz tutublar. Şairənin kitab təqdimatı Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirdə Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, Mədəniyyət Mərkəzinin nümayəndələri, müğənnilər, Heydər Əliyev mərkəzinin əməkdaşları, müəllimlər, şagirdlər və şəhid ailələrinin doğmaları, həmçinin qazilər də iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. .
Giriş sözünü rayon icra hakimiyyətinin müavini Vəfa xanım edib.
Sonra kitabların müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şairə Esmira Günəş çıxış edərək , yazdığı kitablardan danışıb və tariximizi yaşatmaq üçün kitabların önəmini vurğulayıb.
Tədbirdə bir- birində maraqlı çıxışlar, musiqilər, şeirlər, kompozisiyalar nümayiş olunub. Şəhid ailələrinə , qazilərə , şəhidlərimizin övladlarına tədbir boyu xüsusi diqqət və qayğı göstərilib.
Tədbir alqışlarla qarşılanıb. Şairə xanım gözəl təşəbbüsünə görə şəhid ailələri tərəfindən gül buketləri və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi tərəfindən Fəxri Fərmana layiq görülüb və tədbir əsnasında təltif olunub.
Tədbirdə çıxış edən şəhid ailələri bildirib ki, Qaxda ilk dəfədir belə gözəl kitab təqdimatında qonaq olublar.
Onu da qeyd edək ki, Şəhid Sərxan Bilalovun həyat yoldaşı Ayna xanım və şəhid Fərid Mirzəyevin həyat yoldaşı Rəşidə xanım tərəfindən 2023-cü ildə şəhid olan qəhrəmanların şəkillərindən ibarət böyük bir plokat hazırlanaraq həmin gün Qax Rayon Heydər Əliyev Mərkəzinə hədiyyə olunmuşdur. Şairə Esmira Günəş isə tədbirində iştirak edən şəhid ailələrinin şəhidlərinin şəkillərindən ibarət mərkəzdə tədbir boyu göz oxşayan sərgi yaratmışdı. Tədbirin sonunda şairə xanım şəhid ailələrinə və Heydər Əliyev Mərkəzinin fonduna kitanlarını hədiyyə etdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.