Mişelin ulduzlu aşpaz hazırladığı rizottonı təqdim edib +VİDEO
4–10 dekabr tarixlərində Bakıda IX İtaliya mətbəxi həftəsi keçirilib.
Bununla əlaqədar olaraq, dekabrın 6-da Bakıda İtaliya mətbəxi həftəsi çərçivəsində “Aralıq dənizi pəhrizi və köklərimizdən gələn reseptlər: Sağlamlıq və ənənələr” adlı tədbir təşkil olunub. Tədbirdə məşhur Mişelin ulduzlu italyan aşpaz Andrea Berton xüsusi ustad dərsi ilə çıxış edib. Andrea Berton İtaliyanın ən sevilən yeməklərindən biri olan rizottonu hazırlayaraq onun sirlərini iştirakçılarla bölüşüb. Aşpazın təqdim etdiyi yemək həm mükəmməl dadı, həm də estetik görünüşü ilə tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, masterklas "Four Seasons" hotelində baş tutub. Tədbirdə İtaliyanın Azərbaycandakı Səfiri Luka Di Canfrançesko ilə yanaşı, bir çox media nümayəndələri və İtaliya Ticarət Agentliyinin Direktoru Andrea Makkaniko da iştirak edib.
Masterklasda aşpaz italyan mətbəxi nümunəsi olan "Risotto alla milanese con timballo di ossobuco" hazırlayıb.
IX İtaliya mətbəxi həftəsi ölkənin kulinariya ənənələrinin zənginliyini geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.
Günel Sadıxova
"İtaliya mətbəxi həftəsi" ilə ətraflı tanış olmaq üçün linkə TIKLAYIN:
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.