19 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
AZpress - ÖZƏL

Masallıda şəhid zabitin xatirəsi anılıb

6 ay əvvəl 359 01

Masallıda şəhid zabitin xatirəsi anılıb

Vüsal Məhərrəmov – 45

Masallı rayonunda Vətən müharibəsinin şəhid zabiti, 3-cü dərəcəli “Rəşadət” ordenli Vüsal Məhərrəmovun anadan olmasının 45-ci ildönümü münasibətilə tədbir keçirilib.

Şəhidin vaxtilə oxuduğu təhsil ocağında – “Azərbaycan Bayrağı” ordenli şəhid Elşad Ağayev adına Hişkədərə kənd  tam orta məktəbində təşkil olunan anım mərasimi öncəsi Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi zəfərin əhəmiyyətindən danışan məktəbin direktoru İlham Ağayev, müəllimlər Afət Əhmədova, Rafael Musayev və Vəfa Kərimova igid döyüşçü Vüsal Məhərrəmovun mənalı ömür yolundan, qəhrəmanlığından bəhs edib, onun göstərdiyi fədakarlığın gənc nəslə örnək olduğunu bildiriblər.

Şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Məlumat üçün bildirək ki, Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində, ziyalı ailəsində anadan olub.

1997-ci ildə kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. 1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) təhsil alıb. Akademiyanı leytenant rütbəsi ilə bitirib.

2003-cü ildə Naxçıvanda zabit kimi hərbi xidmət edib. Xidmət müddəti bitdikdən sonra nümunəvi zabit kimi əlavə olaraq bir il də xidmətdə saxlayıblar.

Azərbaycan Ordusunun leytenantı Vüsal Məhərrəmov 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Daşaltı bölgəsində gedən qızğın döyüşlərdə ayağından güllə yarası alsa da, o, 3 yaralı əsgəri döyüş meydanından çıxarıb. Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi doğma kəndində torpağa tapşırılıb.

Ailəli idi. İki oğul övladı – Nicat və Nihad Vətənə yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid baş leytenant Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Adına məktəb, küçə verilib. “Palmali” Şirkətlər qrupu tərəfindən Vüsal Məhərrəmovun adını daşıyan gəmi Türkiyə sularında üzür.

Akif AĞAYEV

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Akrobatika gimnastikası üzrə Dünya Kuboku - FOTOREPORTAJ

Akrobatika gimnastikası üzrə Dünya Kuboku - FOTOREPORTAJ

John Doe 8 saat əvvəl

FHN-nin qadın voleybol komandası çempion olub

FHN-nin qadın voleybol komandası çempion olub

John Doe 10 saat əvvəl

Uşanqi Kokuari DÇ-2025-də mübarizəyə başlayır

Uşanqi Kokuari DÇ-2025-də mübarizəyə başlayır

John Doe 10 saat əvvəl

Zelim Kotsayev dünya üçüncüsü olaraq çempionluq titulunu itirib

Zelim Kotsayev dünya üçüncüsü olaraq çempionluq titulunu itirib

John Doe 22 saat əvvəl

Bakıda 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" başlayıb

Bakıda 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" başlayıb

John Doe 23 saat əvvəl

Atların şousu, avtomobillərin sərgisi keçiriləcək

Atların şousu, avtomobillərin sərgisi keçiriləcək

John Doe 1 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gə...

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com