Əlisa Qəmgin:
YAZIQ
Sən niyə bu günə qaldın, a dünya !
Yaşayan da yazıq, ölən də yazıq.
Yaman amansızsan, sənin qoynunda
Ağlayan da yazıq, gülən də yazıq.
Bilinmir namərdi, bilinmir mərdi
Bütün ömür yolun qəza, qədərdi
Verdiyin kədəri, verdiyin dərdi
Bölməyən də yazıq, bölən də yazıq.
Sevgilər cücərir quyu dibində
Şeytana yer verdin insan qəlbində
Yanıb kül olmağa eşq məbədində
Gecikən də yazıq, gələn də yazıq.
Qabağa çox getdin, bicdi dedilər
Arxada qaldınsa, gicdi dedilər
Verdiyin sərvəti bölüb yedilər
Bilməyən də yazıq, bilən də yazıq.
Bir əlin xeyirdə, bir əlin şərdə
Yaşamaq istədim şeirlərimdə
Qəmginin sözlərin xatirələrdə
Saxlayan da yazıq, silən də yazıq.
ƏLİSA QƏMGİN
17.09.2016
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.