Məmməd Əvəzoğlu:
Bu xalqın nə boyda dərdi var imiş
Elə bilirdim ki, kefdədir şəhər,
Xəzər silkələyib oyadır səhər,
Sadəlövh duyğumu puç etdi qəhər,
Burda haram yeyən bəxtiyar imiş!
Bakının nə boyda dərdi var imiş!
Adam peşman olur ayağın qoya,
Bir tikə verməyir camaat doya,
Davam gətirməyir bir qaşıq suya!
Guya deşikləri bir az dar imiş,
Bakının nə boyda dərdi var imiş!
Məmurlar hərisdir insan ətinə,
And içib rüşvətə sədaqətinə,
Baxan yox məzlumun şikayətinə,
Burda qulaqların çoxu kar imiş,
Bakının nə boyda dərdi var imiş!
Qəssabla doludur həkimxanalar,
Düşüb əllərimə xəstə "danalar",
Adam balası da belə can alar?!
Hamı əzrail tək peşəkar imiş,
Bakının nə boyda dərdi var imiş!
Kolxoz bazarıdır təhsil ocağı,
Oxuyur, iş tapmır xalxın uşağı,
Narkoman yuvası hər tin-bucağı,
Qeyrət "oylağımız" demə bar imiş!
Bakının nə boyda dərdi var imiş!
Sərgiyə düzülür hər cürə mallar,
Silikon dodaqlı yanağı allar,
Dəyirman daşına bənzəyir dallar,
Ölkə başdan-başa nəğməkar imiş,
Bakının nə boyda dərdi var imiş!
Banklar kreditlə çalıb-çapırlar,
Cərimə yazanlar xalqı qapırlar,
Hətta qəbirdə də gəlib tapırlar!
Ölmək də bizlərə qəm-qubar imiş,
Bu xalqın nə boyda dərdi var imiş!
Məmməd Əvəzoğlu.05.12.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.