Bakıda İtaliya mətbəxi həftəsi keçirilir
Bakıda IX İtaliya mətbəxi həftəsi keçirilir.
Bununla əlaqədar mətbuat konfransı keçirilib.
Mətbuat konfransında İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko mətbəx həftəsinin xüsusi bir vaxta təsadüf etdiyini deyib: “Tədbir İtaliya mətbəxinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün namizədliyinin irəli sürülməsi ilə üst-üstə düşür. Bu da İtaliya mətbəxinin dünya üzrə tanınmasına işarə verir. Mətbəx həftəsinin təşkil olunması İtaliya və Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxarır”.
Aşpaz Berton İtaliyanın mətbəxini Azərbaycanda təmsil etməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb. İtalyan aşpaz Andrea Berton dekabrın 6-da xüsusi masterklas keçirəcək. Tədbirdə İtaliyanın Azərbaycandakı Səfiri Luka Di Canfrançesko, İtaliya Ticarət Agentliyinin Direktoru Andrea Makkaniko və İtaliyanin Mişelin ulduzlu məşhur aşpazı Andrea Berton, müxtəlif media nümayəndələri və şəhərin bir sıra tanınmış restoranlarından nümayəndələr iştirak edəcək. Məşhur aşpaz italyan mətbəxi nümunəsi olan " Risotto alla milanese con timballo di ossobuco " hazırlayacaq.
Günel Sadıxova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.