Ağcabədidə “3 Dekabr – Beynəlxalq Əlillər Günü” qeyd olundu
Ağcabədidə “3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə tədbir keçirilib. “Qızıl Saray” şadlıq evinin banket zalında baş tutan tədbirdə Ağcabədi rayon rəhbərliyi, sağlamlıq imkanları məhdud olan şəxslər, müharibə əlilləri, İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzi, habelə Ağcabədi Reabilitasiya Mərkəzinin kollektivləriiştirak ediblər.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, öncə iştirakçılar tərəfindən sarayın foyesində sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin aparıcısı, ADPU-nun Ağcabədi filialının tələbəsi İlahə İsmayılzadə tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də “3 dekabr - Beynəlxalq Əlillər Günü” müxtəlif tədbirlərlə, eləcə də həyata keçirilən genişmiqyaslı layihələrlə qeyd olunur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən belə tədbirlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı işlər uğurlu və sürətli şəkildə davam etdirilir. Belə ki, bu çərçivədə sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları hazırlanır və həyata keçirilir.
Qarabağ müharibəsi qazisi İsmayıl Məhərrəmov və Ağcabədi şəhər Məmməd Əsədov adına 5 nömrəli tam orta məktəbin inklüziv sinif müəllimi Nərminə Əsədovada öz çıxışlarında sağlamlıqlarını itirmiş, eləcə də əmək fəaliyyətləri məhdud olan şəxslərin daim dövlət qayğısı ilə əhatə olunduqlarından ətraflı danışblar. Qeyd olunub ki, Azərbaycanda əlillərinsağlamlıqlarının, onların hüquqlarının qorunması, mənzillərlə təminatı, peşə ixtisasına yiyələnməsi– bir sözlə tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün bütün lazımı tədbirlər görülür.
Öz şirin-şəkər danışığı ilə tədbirə rəng qatan azyaşlı Ayan Şirinli tədbirin keçirilməsinə görə hər kəsə özünəməxsus şəkildə təşəkkür edib.
Qeyd edək ki, tədbirdə iştirak edən, əlliliyi olan bütün tədbir iştirakçılarına - Vətən müharibəsi qazilərinə, eləcə də uşaqlara hədiyyələr paylanıb.
“3 Dekabr – Beynəlxalq Əlillər Günü”münasibətilə keçirilən ümumrayon tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı bədii hissə ilə davam edib. Oxunan mahnılar və rəqslər tədbirə rəngarənglik qatıb, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Öz növbəmizdə təbriklərə qoşulur, sizə heç bir nemətlə əvəz olunmayan möhkəm can sağlığı, uzun ömür arzu edirik, əziz dostlar, - deyirik!
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.