Tovuz Mədəniyyət idarəsi Esmira Günəşi gözəl qarşılayıb
29 noyabr tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəş şəhidlər haqqında yazdığı kitabların Tovuz rayon Heydər Əliyev Mərkəzində təqdimatını keçirib. Tədbirə müxtəlif bölgələrdən şəhid ailələri gəlib. Naxçıvandan şəhid Elçin İbrahimlinin ailəsi, Göygöldən Dağbəyi Orucovun anası, Gəncədən Kərəm Həsənovun ailəsi, Şəmkirdən Seymur Həbibovun anası, Mətləb Zamanovun yoldaşı, Xanoğlan Xələfovun anası, Pərvin Məmmədovun anası, Ağstafadan Əliheydər Hüseynlinin anası, Tovuzdan şəhid Hacıəli Qasımovun ailəsi, şəhid Vüqar Əmrahovun anası, şəhidVüqar Əkbərovun anası, şəhid Elmar Şirinovun anası, şəhid Rövşən Vəlixanovun anası, şəhid Eşqin Hüseynovun atası, şəhid Elvin Əliyevin ailəsi, şəhid Şikar Hüseynovun ailəsi, şəhid Röyal Aslanovun atası, Şəhid Firuz Əhmədovun anası, şəhid Qərib Qasımovun atası, şəhid Asim Abdullayevin atası həmçinin Tovuz rayon mədəniyyət idarəsinin rəhbəri Adil Həsənov, "Dəmir Yumruq" ALFA cəmiyyətinin rəhbəri Ülvüyyə xanım, "Müharibə veteranları" İB nin Tovuz rayon təşkilatının sədr müavini Daşdəmir Abbasov, Tovuz rayon Musiqi Məktəbinin kollektivi, Tovuz-Turan Birliyinin üzvləri, Tovuz rayon peşə təhsil məktəbinin müəllim və şagird kollektivi, Aypara cəmiyyətinin nümayəndələri, tibb sahəsindən nümayəndələr iştirak ediblər. Tədbirdə ilk çıxışı Heydər Əliyev Mərkəzinin direktoru Humay xanım edərək qonaqları salamlayıb. Tədbirlə bağlı qısa müddət verərək, tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edib. Məktəblilər şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirləri səsləndirib. Onaqlar maraqlı çıxışlar ediblər. Tədbirin gedişatında şairə xanım gül bukletlər ilə yanaşı həm də, "Müharibə veteranları" İB tərəfindən Məhsəti Gəncəvi Fəxri Diplomu ilə təltif olunub. Tədbirdə həm də şəhidlərin şəkillərindən ibarət sərgi də təşkil olunub. Maraqlı keçən tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.