Seymur Şahbazzadə:
Mən səni bu halında da sevirəm, Sumqayıt!
Mənə kimsə ciddi surətdə və ya zarafatla "şəhər uşağı" deyəndə qayıdıram ki, mən şəhər uşağı deyiləm, Sumqayıt uşağıyam.
Bunu qürurla desəm də, bu qürurun içində bir ağrı da var:
binasından kənd olmamış, amma şəhər olmağa bir dürlü imkan tapmamış Sumqayıtın ağrısı...
Məncə, Sumqayıt 80-ci illərin sonunda nəhayət şəhər olmağa başlamışdı, onu - Allah baiskarlara lənət eləsin! - Qarabağ fitnəsi və onun acı nəticələri: qaçqınlıq, köçkünlük, zidd-xalq quruluş, işğalçı rejim idarəçilyi şəhər olmağa qoymadı.
Bu gün də qoymur...
Özünəməxsus Sumqayıt "ponyatkası" özünəməxsus Sumqayıt şəhər mədəniyyətinə çevrilə bilmədi/bilmir...
Bilirəm, yubiley yazısına oxşamadı, amma nə edək, yazmayaq?!.
Hər şeyə rəğmən, içimdə bir dəli ümid var ki, bir gün Sumqayıt da şəhər olacaq!
Çünki biz öz şəhərimizi sevirik, hə, qaqaşlar, hə, bacılar!?
Olsun ki, bu sevgi əməldən çox niyyətə bənzəyir, amma əsas odur ki, var, mövcuddur və xarüqələr yarada bilər!
Mən səni bu halında da sevirəm, Sumqayıt!
Atam kimi kənd uşaqlarının saldığı şəhər!
Özünə bütün diyarları ilə bütöv bir ölkəni, bütün millətləri ilə bütöv bir xalqı sığışdıran şəhər!
Sumqayıtı və sumqayıtlıları ötən illərin təbriki ilə təbrik edirəm:
Sən ey ilk eşqimin şahidi, şəhər!
Vətən sevgisinin vahidi, şəhər!
Mənim bir şəhər boyda
Dostluq sarayım,
Mənim bir şəhər boyda
Məhəbbət qəsrim,
Ömrüm-günüm,
Ömrüm-ayım,
Ömrüm-ilim,
Ömrüm-əsrim,
Nəqşi-Xəzərim
Şəhərim!
Öpürəm
Yağışın yuduğu,
Küləyin qurutduğu üzündən.
Yaşa,
Həmişə
Gözəl qal -
Səksənində, doxsanında, yüzündə!
Gözəlliyində sadəlik, sadəliyində gözəllik olan şəhərimin
düşüncəsi ziya, sözü məna, əməli insanlıq saçan hər bir sakinini bağrıma basır,
Sumqayıt günü münasibətilə onu təbrik edirəm.
Kaş sizdən çox olaydı!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.