Faiq Balabəyli:
BİRBAŞA 6
Sözssüz ünvanlıdır. O da sözzsüz ki, bu şeir müxtəlif ünvanlara yozula bilər. Olsun, hər kəsin öz həqiqəti, öz müşahidəsi, gəldiyi qənaət var. Elə naqis insanlar var ki, mərdimazarlığı, riyakarlığı, yalmanmağı, sürünməyi və süründürməyi özlərinə titul kimi qazanıblar. Hər kəsin bu tip tanıdığı adam varsa, düşünsün ki, elə həmin adama elə öz adlarından birbaşa bura, status yerinə yazılan bu şeiri ünvanlayıb.
P.S. "BİRBAŞA" adlandırdığım və həmən bura yazdığım şeirlər həmin anımın, ovqatımın şeirləridir, müxtəlif məzmunda, müxtəlif ovqatda olunsa da Onlara sonradan əl vurulmayacaq, redaktə edilməyəcək, misralar, sözlər dəyişilməyəcək.
21.11.2024
BİRBAŞA
(6)
Yenə də özünü şirin satmısan,
şəkərsən?,
nabatsan?,
bal?- belə olmur
Qeyli-qal etmisən mənim barədə
"qeyil" belə olmur, "qal" belə olmur.
Arada gözün də, üzün də gülüb,
yaltaqlıq cücərib üzündə, gülüb,
haldan hala düsüb üz, indi gülüb,
Az qala dil aça: hal belə olmur.
Sənintək naqislər deməynən deyil
Nə Güney, nə də ki Quzeydən deyil.
O köhnə gəmidən, muzeydən deyil
Olsa yaldan olar... yal belə olmur.
Hər kəsə fərqlisən, valın dəyişib
Yalağın dəyişib, yalın dəyişib
yaman burcudursan, dalın dəyişib
kişi ol, kişidə DAL belə olmur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.