Rəqəmsal inkişafla bağlı seminar - MASALLIDA
Masallıda “Əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması” mövzusunda maarifləndirici seminar keçirilib.
Masallı Rayon Statistika İdarəsinin əməkdaşları tərəfindən Masallı Dövlət Regional Kollecinin tələbələri üçün təşkil edilən seminarda Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan “Azərbaycanda rəqəmsal inkişaf” adlı statistik məcmuədə qeyd olunan informasiya və kommunikasiya texnologiyalarından istifadə və digər aidiyyatı bəndlər izah olunub.
Çıxışlarında rəqəmsal bacarıqların inkişaf və üstünlükləri, insanların texnoloji cəhətdən maariflənməsindən bəhs edən idarə əməkdaşları Savalan İsgəndərli və Elmin Əliyev tələbələrə Masallı rayonunda statistika sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, statistik hesabat təqdim edən hüquqi və fiziki şəxslərin siyahısının müəyyənləşdirməsi, iqtisadi, sosial, demoqrafik və ekoloji vəziyyətlə bağlı məlumatların yığılıb toplanması, işlənib hazırlanması, təhlili və yayımının həyata keçirilməsilə bağlı məlumat veriblər.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.