COP29: Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasının doqquzuncu günündə Yaşıl Zonada “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstək üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbir Xəzər hövzəsinin təbii irsinin qorunub saxlanmasına və bu regionun dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsinə həsr olunub.
Çıxış edənlər ekoloji sosial məsuliyyəti təbliğ etməklə ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərin səmərəliliyini qeyd ediblər.
Müzakirələr zamanı Xəzər dənizinin mühafizəsinə innovativ yanaşmalara və regionda ekoloji alyansın formalaşdırılmasına, birgə ekoloji strategiyalara, xüsusilə Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında əməkdaşlığa diqqət yetirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.