BMT: Qadınlar kişilərdən daha çox qida çatışmazlığından əziyyət çəkirlər
Qadınlar davamlı qida sistemlərinin formalaşdırılmasında əsas rol oynayırlar.
Bunu COP29 çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün həyata keçirilməsi: İqlim Dəyişikliklərinə Dayanıqlılığın Artırılması üçün Fermerlərin Gücləndirilməsi” adlı tədbirdə BMT-nin Qadınların İqtisadi Gücləndirilməsi Şöbəsinin rəhbəri Cemima Nyuki deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə qadınlar da ön cəbhədədir.
“Biz bilirik ki, qadınların bazarlar, informasiya, torpaq, texnologiya və ən əsası maliyyə xidmətləri kimi məhsuldar resurslara bərabər çıxışı yoxdur. Bütün bunlar onları iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssas edir. Bütün dünyada və bütün regionlarda zərif cinsin nümayəndələri qida çatışmazlığından kişilərə nisbətən daha çox əziyyət çəkirlər”, - deyə C.Nyuki yekunlaşdırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.