Elsever Mehdiyev
Maşallah.Ölkə yazarların ön cəbhəsi.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Şəmil Sadıqov:
Peşəsinin ustadı və fəhləsi...
Deyirlər ki, Qulu Məhərrəmlinin 70 yaşı olur. Düzü, mən inanmıram, siz də inanmayın. Qulu müəllimin sözü də, özü də həmişə cavandır. Uzun illərdir ki, şəxsi tanışlığımız var, amma Azərbaycan mətbuatı, ədəbiyyatı, elmi, mədəniyyəti onu çoxdan tanıyır. Ən azı yarım əsrdir, bunu deyəndə fikirləşirəm ki, axı o gəncdir. Necə olur ki, onun bir əsrə yaxın yaşı var. Elə məsələ də burasındadır ki, ustadlar heç zaman qocalmır. Hər zaman dövrünün gənci olur. Çünki həmişə yeni fikir, yeni ideya, yeni vizion sərgiləyə bilirlər. İnsanlar iki cür yaşlanır, biri sadəcə təqvimdə, biri də cismdə, ağılda. Qulu müəllim təqvimdə yaşlananlardır. Çağı heç vaxt bitməyənlərdəndir o...
Həmişə gənclərin yanında görürük, harda gəcnlik var, orda Qulu müəllim var. Aramızda 25 yaşa qədər fərq var, məhz bundan öncəki cümləni yazanda, harda gəcnlik var, orda Qulu var, yazdım, sonran redaktə etdim. Çünki bu münasibəti özü yaradıb. Onu tanıyanların hamısı elə bilir ki, Qulu müəllim onun sinif yoldaşıdır, məhəllə uşağıdır.
Qulu müəllim fikirləri qocalmayan adamdır. Onunla söhbət edəndə, müzakirələr aparanda heç vaxt heç kim deyə bilməz ki, onun yanında özünü biliksiz, təcrübəsiz hiss edirəm. Çünki o uzun ömrün təcrübəsi və zəngin biliyi ilə qarşısındakını sındırmaz, onun anlayacağı dildə, onun eşidəcəyi tərzdə danışar. Sadə, rəvan, obrazlı, amma baməzə söhbətlərini eşitmək adamı motivasiya edir, həvəsləndirir.
Filososf şairimiz Hüseyn Cavid deyirdi ki, Mən fəqət hüsnü-xuda şairiyəm, yerə enməm də səma şairiyəm, Mikayıl Müşfiq isə deyirdi ki, Göyə uçmam da zəmin şairiyəm. Bu iki möhtəşəm fikri birləşdirsək, Qulu müəllimdə ifadəsini görə bilirik. Çünki Qulu müəllim səma düşüncəli, zəmin təcrübəli adamdır. Öz peşəsinin həm ustasıdır, həm də fəhləsi. Məhz buna görə Qulu müəllim sevilir, sayılır, yuxarı başa çəkilir. Çünki bunu sonuna qədər haqq edir.
Sadəlik onun həyat tərzidir, amma sadəlövhlük yox. Arada düşünürsən ki, bu adamın işi-gücü yoxdur, bütün gənclərin tədbirlərində, təqdimatlarında iştirak edir, çıxışlar edir, yazılar yazır. Sanki hər kəsə yetməyə çalışır. Amma sonra görürsən ki, Qulu müəllimin əsərləri çap edilir, universitetdə tələbələrlədir, elmi yazılar yazır...
Qulu müəllimin gəncliyini, zəhmətkeşliyini görmək istəsəniz, onun sosial şəbəkədəki fəaliyyəti ilə tanış, olun deyərdim.
Təbrik edirəm, ustad, sizə can sağlığı, sevgi dolu uzun ömür arzu edirəm!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.