02 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda mina partladı

Ağdamda mina partladı

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Mədəniyyət REDAKTORUN SEÇİMİ

Mətbuat Şurasının sədri İradə Tuncayı təbrik edib

1 il əvvəl 360 01

Faiq Balabeyli:

İradə xanım, Sizi təbrik edir, uzun ömür arzulayıram. Daima belə gənc qalın, çox yaşayın, xoş yaşayın

Sahile Fermanova:

Sevimli İradə xanım,nə yaxşı ki bu dünyada varsınız.Bu dünyada qarşıladığınız yeni yaşınızın qədəmləri mübarək.Sizi çox sevirik.

Valeh Heydər:

Bu gözəl təbrikə məmnuniyyətlə qoşulur, İradə xanıma uğur, sevinc dolu ömür arzulayıram.

Xatirə Cabbarzadə:

Belə gözəl gündə  yubileyini qeyd edən çox sevimli, əziz, doğma İradə xanıma  ən xoş arzularımı diləyirəm!

Nurlana Agayeva:

Dəyərli İradə xanımı, doğum günü münasibətilə təbrik edirəm, çox səmimi xanımdı, can sağlığı və fəaliyyətində uğurlar arzulayıram, bizi həmişə dərin, maraqlı məzmunlu yazıları ilə sevindirsin və düşündürsün. Var olun

Felmar Alakbarli:

Təbrik edirəm İRADƏ xanım,

Böyük Məmməd Arazın layiqli övladı.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Mətbuat Şurasının sədri İradə Tuncayı təbrik edib

Noyabrın 9-u müasir Azərbaycan publisistikasının usta nümayəndələrindən biri, Əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın növbəti yubiley yaşı tamam olub. Bu münasibətlə İradə xanımı ən xoş arzularla ürəkdən təbrik edir, cansağlığı və bol-bol yaradıcılıq uğurları diləyirəm.

Jurnalist kimi fəaliyyətə əvvəlcə televiziyadan başlayan, sonradan yazılı mətbuatda çalışan İradə Tuncay istər telekanallarda müəllifi olduğu verilişləri, istərsə də mətbuatda dərc olunan çoxsaylı yazıları ilə çağdaş jurnalistikamızın və publisistikamızın ən yaddaqalan nümunələrini yaradıb. Onun xüsusilə müstəqillik illərində telekanallarda efirə gedən verilişlərində ən fərqli mövzulara geniş dünyagörüşünə, dərin savada, zəngin biliyilə əsaslanan yanaşmasına, səsləndirdiyi dopdolu, yüklü cümlələrindən ibarət mətnlərindəki dərin qatlı fikirlərə bir tamaşaçı kimi dəfələrlə heyranlıq duymuşam. Sonrakı dönəmdə isə dərin intuisiyası, müşahidə qabiliyyəti, həssaslığı ilə də seçilən İradə xanımın mətbuatda çoxsaylı publisistik yazıları dərc olunmağa başladı. Mən əvvəllər TV ekranlarından eşitdiyim, amma sürətli nitqi, həyəcanlı ifadə tərzi üzündən bir çox hallarda çatdırıb hamısını həzm edə bilmədiyim o cümlələri bu dəfə təkrar-təkrar gözlə görmək, oxumaq imkanı qazandım və yenə də heyran qaldım. İradə xanımın yazılarını ötəri, üzdən oxumaq olmaz, onun hər yazısında alt qatlar, gizli laylar, görünməyən məqamlar var və o yazılar bizi düşündürür, beynimizi yormamaq üçün haqqında fikirləşmək istəmədiyimiz dərin mətləblərə toxunur. İradə xanımın yazdıqları həm də gözəl bədii ədəbiyyat nümunələridir. Bu yazılar öz bədii siqləti, obrazlılığı, təsir gücü, dərin alt qatları ilə çağdaş ədəbiyyatımızın ən dəyərli nümunələri sırasındadır. İradə xanım sosial şəbəkədə də fəaldır. O, burada da tarixin dərin qatlarına varmaq, oxucularını, izləyicilərini maarifləndirmək, öyrətmək və şərh etmək missiyasını eyni səviyyədə yerinə yetirir.

İradə Tuncayı ötən əsrin səksəninci illərindən tanıyıram. Təxminən bu 40 ildə onunla söhbətləşməyə, reaksiyalarını, təpkilərini, sevincinin və qəzəbinin səbəblərini müşahidə etməyə çox imkanım olub; bəzən ən adi, sakit söhbətlərdə də hadisələr və insanlar haqqında dərin müşahidələrə əsaslanan elə dəqiq fikirlər söyləyir ki, heyrətindən donub qalırsan.

Son bir neçə ildir ki, İradə xanım yazılarına ara verib. Halbuki naşılığın və qeyri-peşəkarlığın mediada ayaq açdığı indiki dövrdə İradə Tuncay kimi peşəkar qələm sahibinin yazılarına daha çox ehtiyac duyulur. Bu əlamətdar gündə İradə xanımı bir daha ürəkdən təbrik edir, şövqünün, enerjisinin, gücünün və yazmaq ehtirasının heç zaman azalmamasını arzulayıram.

Yubiley yaşınız mübarək, əziz və dəyərli İradə xanım!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Faiq İsmayılov: "Ağıllı" layihələr Dövlət Büdcəsinə ciddi zərbə vuracaq

Faiq İsmayılov: "Ağıllı" layihələr Dövlət Büdcəsinə ciddi zərbə vuracaq

John Doe 1 həftə əvvəl

Fərəməz Novruzoğlu: Aqil MıŞı-ya, MıŞı da Aqilə çox yaraşır

Fərəməz Novruzoğlu: Aqil MıŞı-ya, MıŞı da Aqilə çox yaraşır

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov: Aşkar edilən yeni erməni vandalizmi: - Alban kilsəsi niyə yaşayış evinə çevrilib?

Faiq İsmayılov: Aşkar edilən yeni erməni vandalizmi: - Alban kilsəsi niyə yaşayış evinə çevrilib?

John Doe 2 həftə əvvəl

Rey Kərimğlu: Hamını uctantutma agent, aftafa, tula adlandlrmaq düz deyil!

Rey Kərimğlu: Hamını uctantutma agent, aftafa, tula adlandlrmaq düz deyil!

John Doe 2 həftə əvvəl

Eluca Atalı: Dünyanın ən gözəl ölüsü...

Eluca Atalı: Dünyanın ən gözəl ölüsü...

John Doe 4 həftə əvvəl

Təranə Paşayeva: Elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir!

Təranə Paşayeva: Elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir!

John Doe 4 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com