Masallı məktəblərində Zəfər Günü tədbirləri
Masallı rayonunun təhsil müəssisələrində 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Məktəblərdə Zəfər Gününə həsr olunmuş dəyirmi masalar, açıq dərslər, yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, intellektual oyunlar keçirilib, eləcə də müəllim və şagirdlər tərəfindən şəhid ailələri, abidə kompleksləri ziyarət olunub.
Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verilib, Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər salnaməsindən bəhs edilib.
Tədbirlər çərçivəsində müharibə iştirakçıları, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub, şagirdlərin ifasında vətənpərvərlik mövzularında şeirlər, nəğmələr səslənib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.