Ərkivanda bayram tədbiri - MASALLI
8 Noyabr – Zəfər Günü ölkənin hər yerində olduğu kimi, Masallı rayonunda da silsilə tədbirlərlə qeyd edilir.
Növbəti bayram tədbiri Ərkivan qəsəbəsində keçirilib.
Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqal və ziyalılar, qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə qəsəbə mərkəzindəki “Şəhidlər” abidə kompleksi ziyarət edilib, memorial önünə gül dəstələri düzülüb.
Sonra dövlət himnimiz səsləndirilib, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti, əsgərlərimizin şücaəti ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbəmizin tarixi əhəmiyyətindən bəhs edən “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin sədri Cəfər Cəfərov, jurnalist-publisist Akif Ağayev, Müharibə, Əmək, Silahlı Qüvvələr Təşkilatı rayon şöbəsinin sədr müavini Ədalət Hüseynov, din xadimi Gündüz Abbasov Birinci və İkinci Qarabağ müharibəsində Vətənin harayına səs verən soydaşlarımızın, masallılı, ərkivanlı gənclərin qəhrəmanlığından söz açıb, qalib ölkənin vətəndaşlarını bayram münasibətilə təbrik ediblər.
Tədbirdə məktəblilərin ifasında Zəfər ovqatlı, vətənpərvər ruhlu şeirlər, nəğmələr səslənib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Akif VAQİFOĞLU
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.