“Zəfərə gedən 44 addım” – Masallıda tədbir
Masallı rayonunun Dəmirçi kənd ümumi orta məktəbində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
“Zəfərə gedən 44 addım” adlı bayram tədbirində şəhid ailələri, müharibə iştirakçıları, Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ictimaiyyət və media nümayəndələri, məktəbin pedaqoji və şagird kollektivi, ağsaqqal və ziyalılar iştirak ediblər.
Əvvəlcə dövlət himnimiz səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazilərimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən məktəbin direktoru Aytən Şükürova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılan Böyük Qələbənin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açaraq bildirib ki, artıq dördüncü ildir ki, böyük iftixar və qürurla qeyd etdiyimiz Zəfər günü Azərbaycan salnaməsinə qızıl hərflərlə yazılıb.
Vətən naminə canlarından keçən oğullarımızın qəhrəmanlığını gələcək nəsillər üçün rəşadət və qorxmazlıq nümunəsi kimi xarakterizə edən təqaüdçü müəllim Rasim Əzimov, jurnalist-publisist Akif Ağayev çıxışlarında vurğulayıblar ki, qalib ölkənin vətəndaşları kimi xalqımıza tarixi qələbə sevincini yaşadan rəşadətli ordumuza, şəhidlərimizə, igid övladlarımıza borcluyuq. Çünki onların sayəsində düşməni diz çökdürüb, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman hiss etdiklərini diqqətə çatdıran şəhid İbrahim Rükabzadənin atası Rasif Talıbov, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova, Vətən müharibəsi iştirakçısı Əmrah Mirzəyev tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, xatirələrini bölüşüblər.
Tədbirdə məktəbin müəllimi Gülər Şirəliqızının təşkilatçılığı ilə şagirdlərin ifasında Vətənə olan sədaqət, zəfər, qəhrəmanlıq hisslərini əks etdirən şeirlər, nəğmələr səslənib, kompozisiyalar təqdim edilib, şəhidlərimizə həsr edilmiş videoçarx nümayiş olunub.
Akif VAQİFOĞLU
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.