“Sənə Zəfər yaraşır” - Gənclər Paytaxtında bayram tədbiri
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Paytaxtında 8 Noyabr – Zəfər Günü münasibətilə “Sənə Zəfər yaraşır” adlı bayram tədbiri keçirilib.
Lənkəran Olimpiya İdman Kompleksində qələbənin dördüncü ildönümünə həsr edilmiş tədbirdə şəhid ailələri, region gəncləri, idmançılar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə xalqımızın birlik və mübarizliyi, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər ordumuzun rəşadəti sayəsində əldə edilən Böyük Qələbəmizin tarixi əhəmiyyətindən danışıb, bütöv, müstəqil Azərbaycan naminə canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını diqqətə çatdırıb. Ölkə rəhbərinin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırdığını və bununla ölkəmizin ərazi suverenliyini tam bərpa etdiyini vurğulayan T.Babazadə Zəfər bayramı münasibətlə tədbir iştirakçılarını təbrik edib, gənclərə, idmançılara uğurlar arzulayıb.
Tədbir zamanı yeniyetmə və gənclərin iştirakı ilə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Sonra regionda keçirilən tədbirlərdə fəal iştirakına görə bir qrup idmançı və idman ictimaiyyətinin nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.
Tədbir bayram konserti ilə davam edib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.