Şairə Esmira Günəş od püskürdü
Noyabrın 4-ü Qusar rayon Heydər Əliyev Mərkəzində AYB-nin üzvü şairə Esmira Günəşin "Antiterror şəhidləri" və "Şahin gözlü snayper" kitablarının təqdimatı olub. Tədbirdə Qusar şəhid ailələri ilə yanaşı, Sumqayıtdan, Naxçıvandan, Abşerondan, Xaçmazdan, Xudatdan, Şabrandan, Qubadan gələn şəhid ailələri də iştirak ediblər. "Şahin gözlü snayper" kitabı şəhid Oleq Cəfərovun xatirəsinə həsr olunduğu üçün tədbir məhz şəhidin ad günündə baş tutmuşdu. Tədbirdə həmçinin İmamqulukənd kəndi tam orta məktəbin, Aşağı İmamqulukənd ümumi orta məktəbin, Qusar rayon 6 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir Vərən uğrunda canından keçən qəhrəmanların bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladıqdan sonra sıra ilə qonaqlar çıxış edib, məktəblilər şairənin şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər. Tədbirin bütün əziyyətini çəkən şairə Esmira Günəş tədbirin sonunda yaşadığı çətinlikləri dilə gətirərək bildirib ki, şəhidlərlə bağlı yazdığı kitabların əziyyətini çəkməklə yanaşı, bir yandan da təqdimatların təşkilində çox çətinliklərlə qarşılaşır. Şəhidlərə həsr etdiyi kitabların təqdimatlarını edə bilmək üçün Mədəniyyət Nazirliyindən mənəvi dəstək olunsa da rayonlarda Mədəniyyət İdarələri min bir bəhanə gətirirlər. Gah Azərbaycan Yazıçılar Birliyinin rəyini tələb edirlər, gah da Rayon İcra Başçısının icazəsi olmadan şəhidlərlə bağlı tədbirlərin keçirilməsinə icazə verməyəcəklərini deyirlər. Heç bir maddi dəstəyi olmayan şairə xanım tədbirlərin təşkilində yollarda qaldığını bildirərək, bəzi idarələrin şəhidlərimizə olan dəyərinin sadəcə pafosdan ibarət olduğunu bildirib. O qeyd edib ki, əgər həmin idarələr şəhidlərimizə həqiqətən dəyər versəydi, tədbirlərin təşkilində problem çıxartmaqdansa köməklik göstərməyə çalışardılar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.