“Azərbaycanın Zəfər tarixi” adlı tədbir keçirilib
04.11.2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Azərbaycanın Zəfər tarixi” adlı tədbir keçirildi.
Tədbirdə Mərkəzin “Təsviri incəsənət” dərnək üzvlərinin xalqımızın düşmən üzərində qələbəsini, tarixi anları əks etdirən maraqlı rəsm əsərləri və əl işləri nümayiş olundu. Həmçinin, “Aktyor sənəti” dərnək üzvləri qəhrəmanlıq, vətənpərvərlik mövzularını əhatə edən bir sıra şeirlər, mahnılar səsləndirdilər. Bununla yanaşı "Təbəssüm" rəqs qrupu maraqlı rəqs nömrələri ilə çıxış etdi.
Həmin tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili şöbəsinin sektor müdiri Günay Qurbanova, Vətən müharibəsi şəhidlərinin, qazilərinin ailələri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb direktorları və məktəblilər iştirak etdi.
Tədbirin keçirilməsində məqsəd uşaqlara vətənpərvərlik, vətənə, xalqa, dövlətə sevgi və sədaqət hisslərini aşılamaq, gənc nəslə tarixi qələbələrin və müstəqilliyin əhəmiyyətini çatdırmaq, milli mədəni irsi qorumaq, bütün Şəhidlərimizin ruhuna ehtiram göstərmək və xatirəsini uca tutmaqdır.
Rüstəm Fərman
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.