Ağcabədidə “Yaşıl dünya naminə həmrəylik ili” çəçivəsində minlərlə yeni ağac əkilib
“Yaşıl dünya naminə həmrəylik ili” çəçivəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında magistral yolların kənarında, şəhər, qəsəbə və kənd ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında minlərlə yeni ağac əkilib.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, 18-28 oktyabr 2024-cü il tarixlərində keçirilən və 10 mindən çox ağacın əkildiyi genişmiqyaslı aksiyalarda rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Magistral avtomobil yollarının rayon ərazisindən keçən hissələrində yolların sağ və sol tərəflərində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar əkilib, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, aksiya çərçivəsində rayon ərazisində 10500 ədəd müxtəliv növ ağac və gül kolları əkilib.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.