Məmməd Əvəzoğlu:
Tarix müəlliminin səhvi
Meyxoş Abdullahın eyni adlı hekayəsi əsasında.Şəhid Lələyev İbrahim Həzrətqulu oğluna ithaf olunub.Masallı, Hişkədərə kəndi.
Sanki məzarıstan döndü başına,
Ən əziz balasın itirmişdi o.
Güvənib əlində əl ağacına,
Özünü məzara yetirmişdi o.
İbrahim adında şəhid balaya,
Neçə il tarixdən dərs demişdi o.
Şəhadət xəbərin eşidən zaman,
Nə qədər dərd çəkib, qəm yemişdi o.
Xəstəlik salmışdı yorğan-döşəyə,
Şagirdin dəfninə gələ bilmədi.
İbrahim balası şəhid olandan,
Canın rahatlığın bilə bilmədi.
Sanki yataqda yox, sinifdə idi,
-İbrahim, İbrahim,-deyib, səslədi.
Şəhid balasıyla görüşmək üçün,
Yalvarıb Allahından möhlət istədi.
Budur üz-üzədir şagird,-müəllim!
Yadına saldıqca dolur gözləri.
Sanki xəcalətdən donub qalıbdır,
Dilinin ucunda ürək sözləri.
-Bağışla, can bala, gələ bilmədim,
Mən onda yataqda yatırdım xəstə.
Elə sakit,səssiz oturmusan ki,
Sən belə lal-dinməz olmazdın dərsdə.
Deyərdim,İbrahim, qulaq as,bala,
Dünya tarixindən danışıram mən.
Sizin hamınızı doğma balam tək,
Savadlı görməyə çalışıram mən.
Hərdən əsəbləşib töhmət vurardım,
Küsgün nəzərimi sənə dikərdim.
Göstərib dərsini oxuyanları,
Həmişə sizlərə misal çəkərdim.
Yarıac gəlirdin məktəbə bəlkə,
Paltarın həmişə nimdaş olardı.
Dərsin oxumayan bir oğlan vardı,
Tənəffüsdə sənə yoldaş olardı...
Artıq həyatımın xəzan çağıdır,
Məktəb yollarında qəddim əyilmiş.
Sən mənə tarixdən dərs verdin, bala!
Mənim öyrətdiyim tarix deyilmiş!
-Bağışla sən məni, İbrahim bala!
Dediyi bu sözlər dəyişdi halın.
Əlini aparıb çəkdi cibindən
Tabaşir bükülmüş güllü dəsmalın.
-Sənin öyrəndiyin tarix dərsinə,
Bilirəm, İbrahim, bu qiymət azdı.
Şəhid balasını bir daha öpüb,
Qara daş üstünə 5 ( əla) yazdı.
Məmməd Əvəzoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.