Məmməd Əvəzoğlu:
Acı dərman verdin
Niyə xəlq etdiyin hər cansıza bir can verdin?
Qana bais olan hər qansıza al qan verdin?
O ki xəlq eylədiyin canlıların düşmənidir,
Niyə zalım bəşərin ismini insan verdin?
Axı qan tökməyə gəlmişdi gözəl yer üzünə,
Qardaşın qətli üçün Qabilə imkan verdin.
Yaradırdınsa, tamahsız yaradaydın bizi sən,
Niyə qan-qan deyən hər zalıma dövran verdin?
Yaranandan gözü giryandı fəqir bəndələrin,
Nə üçün hər beləsindən özünü yan verdin?
Bizə dil vermisən öz dərdimizi ərz eləyək,
Əvəzində dil açan aqilə zindan verdin.
Məhəmməd, sirli suallar ilə yıxdın ürəyi,
O ki dilləndi niyə sən acı dərman verdin?
Məmməd Əvəzoğlu.15.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.