Faiq Balabəyli:
SƏNDƏ NƏ GÜNAH VAR
Səndə nə günah var, paksan, təmizsən
Bir az duyğulusan, bir az qayğılı.
Bir az yaxın otur, danışım sənə
Sənin bilmədiyin şirin nağılı.
Yuxuna gələcəm, şirin yuxuna
gəlişim deyəsən zəhər qatacaq.
Xurmayı saçların köksümün üstə
ilan tək qıvrılıb yenə yatacaq.
Telefonun susubdur yenə də sənin,
sevinmir qulağım zərif səsindən.
Əllərin əlimdən sürüşüb çıxıb,
telefonun əhatə dairəsindən
Uzaqsan, yaxınsan, hardasan İndi
dilimin ucunda adın dayanıb,
Qarışıq yolumun üstə sən adlı
qarışıq fikirli qadın dayanıb,
Sən mənə doğmasan, sən mənə yadsan
şirin xatirəsən, XOŞ gələcəksən.
Sən mənim dünyamı tarımar edib
sən mənim ömrümə xoş gələcəksən.
Qəribə duyğuydu sən deyən istək
mənim hisslərimlə baş-başa gəldi.
Baharda cücərən tumurcuq kimi
bu sevgi qəlbimə birbaşa gəldi.
Səndə nə günah var, paksan, təmizsən
Bir az duyğulusan, bir az qayğılı...
Bir az yaxın otur, sığın köksümə
Qoy sənə danışım sənin nağılını.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.