Musa Yaqubun qızı: O günləri yada salanda...
Musa Yaqubun qızı Yaqut xanım danışır:
- Bir dəfə biz Bakıda tələbə olanda atam yanımıza gəldi. Onda qohumumuz Mələk də bizimlə qalırdı. Mən Bakı Dövlət Universitetində, bacım Səhər isə Xarici Dillər Universitetində oxuyurdu. Atam gəlib gördü ki, toyuğu çox yağlı bişirmişəm, işıqpulu gəlib, amma ödənişi keçirməmişik. Səhəri gün Universitetə gedib gördüm, hərbi dərsidi, oturmadım, qayıtdım evə ki, gedib dədəylə söhbət eləyim. Qapını açıb gördüm dədə gedib, masamızın üstünə də mənim göz qələmimlə bu şeiri yazıb qoyub...
Mən getdim, Yaqut bala,
Hər işi düz tut bala,
Yumşaqlığı tərk elə,
Səhərin başı üstə,
Mələyin başı üstə,
Yumruğunu bərk elə.
Səhər səni tovlayıb,
Xoş dilə bağlamasın.
Qab-qacağı yumağı
Sonraya saxlamasın.
O yusun qaşıqları,
Sən də ki, qoyma yansın
Boş yerə işıqları.
Qənaətcil ol bir az
İsrif elə, yığ, bala,
Çayım qaldı yarımçıq,
Ora-bura çapmadım.
Nə evdi saxlayırsız,
Bir dişdəm qənd tapmadım.
Bu şeirimə mat qalın,
Getdim, salamat qalın.
Şeiri oxuyub kövrəldim. O günü heç unutmuram. Ümumiyyətlə, Səhər bilir, çox gözəl günlər yaşamışıq. İndi o günləri yada salanda biz keçmişimizlə xoşbəxt oluruq.
"Tərəddüdün yaşıdı" kitabından
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.