Məmməd Əvəzoğlu:
Deyirsiz Bakıya yağış yağmasın..
Yağış ki bizlərə əziz olubdur,
Küçələr yuyulub təmiz olubdur,
O boyda Saxara dəniz olubdur,
Bəs kim təmizləsin ölkənin pasın?
Deyirsiz Bakıya yağış yağmasın?!
Dubaya yağdırdı ərəb duası,
Aləmə yayıldı selin sədası,
ABŞ-ı dağıtdı son qasırğası,
Açın telefonu, bir qulaq asın,
Deyirsiz Bakıya yağış yağmasın?
Tezbazar açmayın qəm dəftərini,
Düşünün o çirkli neft Xəzərini,
Kim atsın Bakının zibillərini?
Bəndə baxmayana Allah baxmasın?
Deyirsiz Bakıya yağış yağmasın?
Nə qədər tullantı şişib şəhərdə!
Bir az dözüm olsun gərək bəşərdə!
Yollar dəniz olub...Keçib gedər də!
Körpülər altından çaylar axmasın?
Deyirsiz Bakıya yağış yağmasın?
Hər bəla millətin başında çartlar,
Bu xalq dözümlüdür, bunu da atlar,
Seldən qazac güdür yuxarı qatlar,
Fələk villa görür kasıb daxmasın,
Deyirsiz Bakıya yağış yağmasın?
Məmməd Əvəzoğlu.22.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.