Elçin Səlimli:
DÖZ, AY ÜRƏYİM!
Əziz dostlar. Hamınızı xoş gördük . Sizlərlə tez-tez görüşməsək də , həmişə bizlərlə və qəlbimizdəsiniz .Xeyli vaxtdır sizlərlə yeni şeir paylaşmıram . Bu gün istərdim durğunluqdan çıxıb , sizinlə bir şeir paylaşım .
Uca tanrı bizi - bizdən və doğmalardan ayırmasın . Allah amanında qalasınız .
Beləliklə :
DÖZ , AY ÜRƏYİM !
Alışar həsrətim , yanar həsrətim ,
Günəş tək yenidən doğar həsrətim ,
Bəzən də zülməti qovar həsrətim ,
Döz bu ayrılığa , döz , ay ürəyim !
Bəzən atəş olar , bəzən od olar ,
Bəzən doğma olar ,bəzən yad olar ,
Fikirlər dağılar , ya bərbad olar ,
Döz bu dağıntıya , döz , ay ürəyim !
Bu ömrü əmanət istədim səndən ,
Sıxıntı verirsən ,bəs indi , nədən ,
Barı insaf elə , incitmə hərdən ,
Döz bu sıxıntiya , döz , ay ürəyim !
Onsuz da , Elçinin köçəri quşdur ,
Dalıb xəyallara , yenə bihuşdur ,
Bu necə davranış , necə duruşdur ,
Döz bu davranışa , döz , ay ürəyim !
Elçin Səlimli .
20.10 2024--cü il.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.