Məmməd Əvəzoğlu:
Sən də döz bir az
Ovçu tək ovunu seçənə bir bax,
Yükü burda qoyub köçənə bir bax,
Bu dəmdə ağlımdan keçənə bir bax,
Tapaydım yazmağa təzə söz bir az.
Yarpaqlar oynayır, payız toyudur,
Yerin güzgüləri yağış suyudur,
Ümüdsüz arzular qəlbi soyudur,
Ocaqda qızarır hələ köz bir az.
Həyat ucuz olub, yaşamaq baha,
Bu gün nə gördük ki, gedək sabaha?
Özümə baxmaqdan yoruldum daha,
Necə başqasına qoyum göz bir az.
Dünyaya gəlməkdə nə qələt etdim!
Nisyə aldığımı qəmlə qət etdim,
Yenə də ürəyə məsləhət etdim,
Dözə bilirsənsə, sən də döz bir az.
Məmməd Əvəzoğlu.19.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.