İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı torpaqlar icarəyə veriləcək
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqəsi vasitəsilə sahibkarlıq subyektlərinə icarəyə veriləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Layihədə qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kənd və qəsəbə ərazi vahidlərinin hüdudlarında yerləşən yaşayış məntəqələrinin yaxınlığındakı kənd təsərrüfatı təyinatlı torpaqlar kənd və şəhər sakinlərinə (birillik və çoxillik əkinlərin əkilməsi üçün) müəyyən edilmiş qaydada güzəştli şərtlərlə icarəyə veriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.