17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

İranın eks-prezidenti Əhmədinejad sui-qəsd nəticəsində öldürülüb

İranın eks-prezidenti Əhmədinejad sui-qəsd nəticəsində öldürülüb

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Zaur Əliyev: Azərbaycanda alman əsirlərin həyatda qalmasına səbəb olan Qurud, talelər və məzarlıqlar

1 il əvvəl 572 01

Zaur Əliyev:

Azərbaycanda alman əsirlərin həyatda qalmasına səbəb olan Qurud, talelər və məzarlıqlar

İkinci dünya müharibəsi Almaniya üçün ağır məğlubiyyətlə nəticələndi. Müharibənin ilk günlərindən hər iki tərəfdən əsgər və zabitlərin əsir düşənlərin sayının artması hər iki tərəfə onlar üçün düşərgələr yaradılmasına başlanıldı. Sovetlər Birliyində artıq 1941-ci ildə NKVD-nin Hərbi Əsirlər və İnternasiyalar üzrə Baş İdarəsinin) əməkdaşlarının səyləri ilə Almaniya və Hitler müttəfiqi ordularının keçmiş əsgər və zabitlərinin saxlandığı düşərgələr yaradılmağa başlandı. Ümumilikdə 300-dən çox belə düşərgə yaradıldı. Müharibə bitdi və yüz minlərlə Alman əsirini sovetlər geri qaytarmaq istəmirdi. Stalinin birbaşa əmri var idi. Stalinqrad və Leninqrad başda olmaqla müharibə nəticəsində dağılmış yüz minlərlə tikili bərpa edilməyənə qədər heç bir əsir qaytarılmayacaq. Alman əsirlərin cəza çəkməsi və binalar tikməsi üçün göndərdildiyi ölkələr içərisində də Azərbaycan var idi.

“Moskvadan xəstə, ac-yalavac və üzgün vəziyyətdə qatara mindirildik. Gözümüzü açanda Ukraynada idik. Orada bizə Azərbaycana aparılacağımızı dedilər. Bu zaman sevincimizin həddi-hüdudu yox idi. Çünki bizi türklərin məmləkətinə aparırdılar”.

Bu fikirlər əsir düşmüş almaniyalı hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında öz əksini tapıb.

İkinci Dünya Müharibəsi bitdikdən sonra Bakıya 42 min alman hərbi əsiri gətirilib və onların əməyindən Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunub. Onları əsasən mülki tikintidə, böyük sənaye obyektlərində və xüsusi, qapalı obyektlərdə işlədiblər.

Qeyd edim ki, əsirlərin tam hamısı almanlar deyildi, avstriyalılar ilə birlikdə macarlar həmçinin polyaklar, çexlər, isveçlər, slovaklar, italyanlar və fransızlar da var idi.

Səlyan şəhərində əsirlərin qərargahı indiki Tale Davudzadə küçəsindəki məscidin yaxınlığında olub. Alman əsirlərinin qərargahı burada olmasına baxmayaraq, əsas kazarmaları Elçin İmanov küçəsindəki camaşırxananın ərazisində yerləşib. Əsirlər həmin kazarmalarda yaşayıb.

Saatlının Cəfərxan kəndindəki "Laboratoriya" adlanan yerdə 400-ə yaxın Alman əsiri saxlanılıb. 237 nəfər ölüb və burda dəfn edilib. Hazırda həmin "laboratoriya" uçulmuş bir hissəsi isə mal-qara üçün tövlə kimi istifadə olunmuşdur.

Sumqayıtda boruprokat zavodunun yaxınlığında təxminən 6000 hərbi əsir işləyib. Hazırda vdüşərgənin inşa olunduğu yerdən çox da uzaqda 311 hərbi əsir məzarı var: 269 alman, 36 avstriyalı və altı macar.

Mingəçevirdə hərbi əsirlər su elektrik stansiyasının tikintisində işləyirdilər. Burada şərait xüsusilə ağır idi. Azərbaycandan vətənlərinə göndərilən 3600 nəfərlik hərbi əsirlərin ilk dəstəsinin (onlar ən çox xəstə və zəifləmişlərdən seçilib) 1800 nəfəri Mingəçevirdən idi. Burda ağır şəraitə dözməyərək ölən əsirlərin sayı 828 nəfər idi.

Gəncədə də 2 mindən çox alman əsir işlədilib. Hazırda burada ölmüş alman əsirlərinin iki dəfn yeri var: Gəncə-I, sahəsi 160 nəfər dəfn olunub, Gəncə-II 201 hərbi əsir dəfn edilib.

Göygöl rayonunda da beş minə yaxın alman əsiri saxlanılıb. Burada onlara aid üç qəbiristanlıq var. Biri şəhərin özündə, ikisi isə ərazidə. almanlar, polyaklar, macarlar, çexlər, isveçlər, slovaklar, italyanlar, fransızlar və avstriyalılar) dəfn olunurlar.Dəfn edilən 1020 hərbi əsirdən 546-sı alman idi.

Daşkəsənstroy – 300 və digər yerlərdə 100, 150 və 200 arası alman əsirlər saxlanılıb və işlədilib.

Hərbi düşərgədə saxlanılan əsirlərdən ölənlər də olub. Sağ qalanlar isə Stalinin ölümündən sonra öz ölkələrinə göndərilib. Lakin o zaman rayonda hərbi düşərgələrdə ölən alman əsirlərinin harada dəfn olunduğu barədə hələlik hər hansı bir məlumat yoxdur.

Bakıda hərbi əsirlər “Qlavneftestroy”un (əsasən) nəzarəti altında olan tikinti sahələrində işləyirdilər. Bakı düşərgəsində 1500 nəfərdən çox əsir var idi. Bakı şəhərinin Yasamal rayonunda yerləşən Azərbaycanda saxlanılan və burada dünyasını dəyişən alman əsirlərinin qəbiristanlığında 90 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir.

Ümumilikdə Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. On ikincisi Bakının Keşlə qəsəbəsinin ərazisində olsa da, dəmir-beton zavodunun inşası zamanı nəşləri Yasamal qəbiristanlığına köçürülüb.

Düşərgənin daxmaları taxtadan hazırlanmışdı. Lakin heç bir daxmada döşəmə yox idi. Divarlar keyfiyyətsiz inşa edilmişdi, xarici təbii təsirlərə (yağış, külək, qar və s.) qarşı müqavimətsiz, örtüksüz və əhəngsiz idi. Bu səbəbdən şiddətli külək bu daxmaları qısa müddətdə zədələmiş, pəncərələrdə qırılan şüşələrin yerinə kağız və parça tıxanmışdı. Daxmaların damları iqlim şərtlərinə uyğun hazırlanmadığına görə yağış və şiddətli fırtınalar vaxtı yağış suları, qum içəriyə dolurdu.

Qeyd edim ki, alman əsirlərin yeməyi zəif olsa da onlar əsla Qarabaşaq yeməyinə toxunmayıblar. Regionlarda əsirləri aclıqdan xilas edən yerli camaatın onlara kömək etməyi olub.

"Vağzalda olarkən türklər bizə kənardan çörək və siqaret atırdılar. Daha sonra bizi Mingəçevirə çalışmağa apardılar. Orada da yerli insanlardan çox səmimi münasibət və yardımlar gördük. Ağsaqqallar, qadınlar, hətta uşaqlar belə bizə yemək verir, mənəvi dayaq olurdular. "

Əsir hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabından

Məlumat üçün bildirim ki, Qazaxıstanda eyni addımlar atıblar yerli sakinlər. Onlar əsirlərə guya daş atırmış kimi milli mətbəxin ayrılmaz tərkib hissəsi olan Qurud atırdılar. Oranı mühafizə edən milis və əsgərlər elə bilirdilər ki, yerli sakinlər onlara daş atır. Alman əsirlər də ilk baxışdan belə başa düşürdülər. Lakin sonradan baxıblar ki, daş deyil və yeməlidir. Beləliklə minlərlə alman əsirini aclıqdan Qurud xilas edib. Aran bölgəsinin insanları onlara isti münasibət bəslədilər. Əsirlərə çörək, isti yemək verirdilər. Evlərindən su mütamadi onlara aparılırdılar. Bayramlarda milli şirniyyat, yeməklər, ev şəraitində hazırlanan kompot almanlara göndərilirdi. Hətta onları mühafizə edən milis və əsgərlərə ayrıca pay verilirdi ki, göndərilən pay ünvana çatsın. Almanların ən çix sevdiyi isə Qurud idi. Onlar bunu ciblərində saxlayır və ağır iş şəraitində yeyirdilər. Heç bir sistem işçisi bilmirdi ki, onların əlindəki yemək üçündür. Daş bilirdilər.

Qeyd edim ki, quruda duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Qurut pendir kimi də istifadə edilir.

O dövrdə Almanların oxuduqları bir mahnı sözlərindən təxminən əlimizə gəlib çatmış hissəsində bu sözlər var:

Vətəndən uzaqlarda yaşamaq qismətimizə düşsə də,

biz bu gozəl diyarda – Azərbaycanda

alman tayfası olaraq qalırıq və qalacağıq da.

Dunən düşmən idik, bu gunsə qardaşıq!

Alman əsirlər bütün çəkdikləri əziyyətlərə baxmayaraq vicdanlarını qoruyub saxlayırlar. Bir dəfə Mircəfər Bağırova xəbər çatır ki, hərbi əsirlər işləməkdən imtina edib. Respublika rəhbəri bunun səbəbini öyrənmək üçün özü tikintiyə gəlir və əsirlərin nəyə etiraz etdiklərini soruşur. Onlar bildirirlər ki, tikintiyə verilən sement keyfiyyətsiz olduğu üçün onu divara vurmağa əlləri gəlmir...

1955-ci ildə Almaniya (AFR) kansleri Konrad Adenauerin Moskvaya rəsmi səfərindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin hərbi cinayət törətmiş əsirlərin vaxtından əvvəl öz ölkələrinə repatriasiya olunması haqqında qərarı olub. Bu qərarla 14 min hərbi cinayət törətmiş alman əsiri Almaniyaya təhvil verilib.

Sovet mənbələrinə görə: SSRİ-dən Almaniyaya 2 milyona yaxın əsir təhvil verilib. Əsirlik müddətində ölən alman əsirlərinin sayı isə 357 min nəfərə çatıb.

Alman mənbələrinə görə, Sovetlər Birliyinin əsirliyində ümumilikdə təqribən 3,15 milyon Vermaxt əsgəri olub. Onlardan 1,1-1,3 milyonu əsirlikdə dünyadan köçüb.

Zaur Aliyev, dosent

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 6 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com