Bakıda ilk dəfə İqlim Fəaliyyəti Həftəsi keçirilir
"İqlim böhranı artıq uzaq təhlükə deyil".
Bunu BMT-nin COP29-da İqlim üzrə Yüksək Səviyyəli Lideri Nigar Arpadarai Bakıda İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda deyib.
“İqlim böhranı artıq uzaq təhlükə deyil – o, artıq buradadır. Nəfəs aldığımız havadan içdiyimiz suya, yetişdirdiyimiz yeməkdən tikdiyimiz evlərə qədər hamımıza təsir edir. Biz tezliklə COP29 üçün Bakıda iqlim icmasını toplayacağıq. Bu hadisə ilə bağlı baxışımız aydındır – bu, ambisiyaların artırılması və iqlim böhranının həlli üçün konkret addımların atılmasıdır”.
Onun sözlərinə görə, bu vizyona nail olmaq təkbaşına mümkün deyil.
“Bizə biznes və vətəndaş cəmiyyətindən tutmuş şəhərlərə və akademik institutlara qədər bütün maraqlı tərəflərdən innovasiya, bilik və öhdəlik lazımdır. Bakı İqlim Həftəsi fəaliyyətə çağırışdır, dialoqun real strategiyalara çevrildiyi məkandır və strategiyalar uzunmüddətli dəyişikliyə təkan verir”, o vurğulayıb.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü il sentyabrın 30-dan oktyabrın 4-dək davam edir və Bakıda ilk dəfə keçirilir.
İqlim Fəaliyyəti Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, vətəndaş cəmiyyəti və media kimi bir sıra sektorlardan əsas maraqlı tərəfləri bir araya gətirəcək.
Bu tədbirin əsas mövzuları “enerji keçidi”, “şəhərlər və şəhər mühiti”, “su təhlükəsizliyi”, “ərzaq və kənd təsərrüfatı”, “KOS” və “yaşıl bacarıqlar”dır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.