Dünya İqlim Fondunun icraçı direktoru KOBİA-nın fəaliyyətini yüksək qiymətləndirib
Bu gün Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfrans keçirilib.
Konfransda Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson çıxış edib.
Bu barədə Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə məlumat verib. Ü.Cəlilzadə bildirib ki, Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əhəmiyyətini vurğulayıb. Yens Nilson ölkəsi olan Danimarkada da kiçik və orta biznesin inkişafına dəstək olan agentliyin olduğunu vurğulayıb: “Ümumiyyətlə kiçik və orta biznesin yaşıl iqtisadiyyata çox böyük töhfə verir. Belə ki, orta və kiçik sahibkarlar yenilikçi və çevikdirlər. Bu da sahibkarlara yaşıl iqtisadiyyat daxilində artan imkanlara uyğunlaşmaq və onlardan yararlanmaq imkanı verir. Sadəcə olaraq Azərbaycanda kiçik və orta sahibkarlara maliyyə institutları dəstək olmalıdır ki, onlar bu sahədə daha sürətlə inkişaf edə bilsinlər”.
Rüstəm Fərman
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.