Futbol
------------
"Qarabağ" UEFA Avropa liqasının pley-offunda "Braqa"yla qarşılaşacaq
Bu gün UEFA-nin Nyondaki (İsveçrə) mənzil- qərargahında futbol üzrə Avropa Liqasının pley-off (1/16 final) mərhələsinin püşkü atılıb. Bununla da bəlli turnirdə iştirak edən Azərbaycan çempionu "Qarabağ" da daxil olmaqla, bu mərhələdə iştirak edən bütün komandaların rəqibləri bəlli olub. Qurban Qurbanovun rəhbərlik etdiyi "Köhlən atlar" bu mərhələdə Portuqaliyanın "Braqa" klubuna rəqib düşüb. Puşkin nəticəsinə əsasən bu mərhələdə keçiriləcək digər oyunlarda aşağıdakı cütlər qarşılaşacaqlar:
"Feyenoord" (Hollandiya) - "Roma" (İtaliya);
"Lans" (Fransa) - "Fraybur" (Almaniya);
"Milan" (İtaliya) - "Renn" (Fransa);
"Yanq Boyz" (İsveçrə) - "Sporting" (Portuqaliya);
"Benfika" (Portuqaliya) - "Tuluza" (Fransa);
"Qalatasaray" (Türkiyə) - "Sparta" (Çexiya);
"Şaxtyor" (Ukrayna) - "Marsel" (Fransa).
Qeyd edək ki, bu mərhələdə Fransa 4, Portuqaliya 3, İtaliya 2, Hollandiya, Çexiya, Türkiyə, Ukrayna, İsveçrə, Almaniya və Azərbaycan isə hərəyə bir klubla təmsil olunur.
Cütlər arasında ilk oyunlar 2024-cu il fevralın 15-də, cavab oyunları isə 22 dekabrda keçiriləcək. Cütlərin qalibləri 1/8 finala yüksələrək Avropa Liqasının qrup mərhələsinin qalibləri ilə üzləşəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.