Şəhriyar Məcidzadə:
Ondan bizə qalan imzası və xatirəsi oldu...
Elm adamları işıqdır və onlar dünyalarını dəyişəndə bir işıq sönür. Mənim Kamil müəllimlə tanışlığım onun yazılarından başlamışdı. İllər sonra isə Nizami kinoteatrının arxasında görüşüb çay içərdik. Azərbaycan dili, folkloru, atalar sözləri və onun özündə cəmləşdirdiyi nəhəng, əsrarəngiz hikmətlər haqqında söhbət edərdik. Mənə çox sayda kitab hədiyyə etmişdi. Hamısını kitabxanamda saxlayıram.
Kamil müəllimin dünyasını dəyişməsi məni çox kədərləndirdi. Ona görə ki, o, tanıdığım ən səmimi, vicdanlı və öz işinə məhəbbətlə yanaşan adamlardan biri idi. Çox şey öyrənə bilərdik. Cəmiyyətimiz ondan çox faydalana bilərdi. Amma bizə qalan imzası və xatirəsi oldu.
Bir işıq daha söndü. Ruhun şad olsun, Kamil müəllim! Səni unutmayacağıq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.