Boksçularımız iki turnirdən 4 medalla dönüblər
Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda və Serbiyanın Subotica şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər. Azərbaycanın Boks Federasiyasından verilən məlumata görə, məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında bu turnirlərə qatılan yığma komandamız üçü gümüş, biri bürünc əyarlı olmaqla iki turnirdə üst-üstə dörd medal qazanıb. Qeyd edək ki, 75 kq-da çıxış edən Abbasqulu Şadlinski hər iki turnirdə yalnız həlledici finalda büdrəyərək gümüş medalla kifayətlənib. Kənan Nəcəfov (92 kq) və Hüseyn Hüseynov (80 kq) isə Bosniya və Herseqovina turnirində müvafiq olaraq gümüş və bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.